Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirirAprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan və Neftçala rayonlarına səfər ediblər. Həmin gün dövlət başçımızın Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir sıra mühüm məqamlara diqqət çəkdi. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları haqqında bəhs edən cənab Prezident qeyd etdi ki, "hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir". 
Ümumiyyətlə qeyd edim ki, Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Dövlətimizin başçısı cənab İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə göründüyü kimi vaxtaşırı rayonlara səfər edir. Səfər zaman ölkə rəhbəri yerlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə şəxsən özü maraqlanır. Həqiqətən də, dövlətimizin başçısı fəaliyyətinin bütün mərhələlə¬rində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlə¬dən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib. 
Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iq¬tisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanışlıq ölkə rəhbərinin hər zaman öz vətən¬daşının yanında dayanması, qayğısı ilə maraqlanması və bölgələrdə qu¬ruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir. 
Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqti¬sadi strategiya və dərin islahatlar ölkə¬mizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiy¬yətinin formalaşacağına zəmin yaradır.
Prezident cənab İlham Əliyevin səfər zamanı Salyanda "ASAN xidmət" mərkə-zinin açılışını reallaşdırması xüsusilə mühüm hadisədir. Belə bir xidmət mərkəzinin istifadəyə verilməsi əhali¬nin sosial şəraitinin davamlı yaxşılaş-dırılmasına böyük töhfədir. Xatırladaq ki, bu, sayca 25-ci mərkəzdir. Onu da qeyd edim ki, "ASAN xidmət" sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlərdə xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. 
Dövlət başçımız müsahibəsində Neftçala və Salyan rayonlarında Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqur¬madan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib. 
Dövlətimizin başçısı müsahibəsində işğaldan azad olunan ərazilərdə–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bər¬pa-yenidənqurma işləri barədə də fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: "Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritet-dir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz– bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqla¬rı viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...". 
Prezident İlham Əliyevin müsahibədə diqqətə çatdırdığı kimi, Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə iki kənddə–Ağalı və Talış yaşayış sahələrində məskunlaşdırma aparılıb. Keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışının isə ilin sonuna qədər gerçəkləşdiriləcəyi nəzərdə tutulub. 
Sonda qeyd edim ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəlmişdir.
Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri  / azxeber.com

Siyasi       Tarix: 22 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com