Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yer tutdu

Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yer tutduXorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.
Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.
Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.
Qızlar arasında isə -57 kq. çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.
Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.
Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.
Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub./report
Azərbaycan cüdoçuları Avropa çempionatında birinci yer tutdu

İdman       Tarix: 26 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes bugünkü son xəbərlər son xeberler azerbaycan