Azərbaycan cüdoçusu qızıl medal qazandı - YENİLƏNİB
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.
KONKRET.az xəbər verir ki, 66 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib italiyalı Matteo Piras olub. Qarşılaşma Nəcəfovun qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan yığması Qran Prinin ilk yarış gününü bir medalla başa vurub.
18:44
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
KONKRET.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu