Azərbaycan diktə edir: "Status-kvo dəyişdirildi, təmas xətti yoxdur!" - AÇIQLAMA

Azərbaycan diktə edir: "Status-kvo dəyişdirildi, təmas xətti yoxdur!" - AÇIQLAMAAzərbaycan diktə edir: "Status-kvo dəyişdirildi, təmas xətti yoxdur!" - AÇIQLAMA
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin Azərbaycan xalqının iradəsinə dayanan qətiyyətli mövqeyi və şanlı Azərbaycan ordusunun tarixi qələbələrindən sonra Ermənistan tərəfi münaqişənin konkret həlli ilə əlaqədar danışıqlara getmək məcburiyyətində qaldı.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.
O bildirib ki, oktyabr ayının 9-da Moskvada Rusiya Xarici İşlər naziri Serqey Lavrovun iştirakı ilə  Azərbaycan Xarici İşlər naziri və Ermənistan Xarici İşlər naziri arasında aparılan uzun sürən ciddi müzakirələrin yekun qərarı olaraq 4 maddəli bəyanat qəbul edildi:
"Əldə olunmuş razılığa əsasən, 2020-ci ilin 10 oktyabrında saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olundu. Nəzərə almaq lazımdır ki,  Azərbaycan hökuməti konvensiyalardan irəli gələn öhdəliklərə tərəfdar çıxmış və buna müvafiq olaraq Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsinə dair 8 may 2002-ci il tarixdə 128-II Q saylı qanun qəbul etmişdir. İndi isə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin və ölənlərin meyitləri dəyişdiriləcək. Sadəcə bənddə humanitar atəşkəsin müddət vaxtı göstərilməyib. Bunun danışıqların sonrakı formatında müəyyən ediləcəyi gözlənilir. Bəlkə də ona görə bəyanatın ikinci bəndində atəşkəs rejiminin konkret parametrlərinin əlavə olaraq razılaşdırılacığı göstərilir.
Sonrakı bənddə isə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacağı qeyd edilir. 
Ən sonuncu bənddə isə tərəflərin danışıqlar formatının dəyişməzliyi məsələsidir ki, heç şübhəsiz Azərbaycan tərəfinin Ermənistan tərəfi ilə danışıqlar aparacağı qeyd olunur. Yəni üçüncü tərəf kimi qondarma Dağlıq Qarabağ tərəfi olmayacaq.
Nəticə etibarilə, Azərbaycan tərəfi hərbi əməliyyatların birinci hissəsini sona çatdırmış və qarşı tərəfi sülhə məcbur etmə missiyasını başa çatdırmışdır. 30 ildə dəyişilməyən status-kvoya format atılaraq regional vəziyyət dəyişmişdir. Siyazi nizamlanmanın yeni mərhələsi başlayıb".
N.Süleymanlı onu da əlavə edib ki, sənədin hüquqi bazası yoxdur - sadəcə bəyanatdır:
"Ancaq Azərbaycan Respublikası bir daha beynəlxalq ictimaiyyətə və beynəlxalq qurumlara öz humanizmini və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, ən əsası isə beynəlxalq humanitar hüququn bütün prinsiplərinə riayət etdiyini nümayiş etdirmək adına buna addım atdı. Əks təqdirdə Azərbaycan ordusunun və xalqının iradəsi kifayət qədər yetərlidir ki, müharibəni davam etdirsin.
Ali Baş Komandanın da qeyd etdiyi kimi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu, istərsə sülh yolu ilə olsun, istərsə də güc - müharibə yolu ilə baş verəcək. Artıq danışıqlar mərhələsinin imitasiyasına Azərbaycan xalqı tolerant yanaşmayacaq və dərhal oz iradəsini güc strukturu ilə nümayiş etdirəcək. Artıq regional vəziyyət yeni dünya nizamı formatında dəyişməyə başlayıb.
Bu gün Azərbaycana təzyiq edən güclər heç şübhəsiz ki, sabah siyasi arenada arxa planda qala bilərlər. Dünya nizamına format atıldıqca yeni regional güclər önə çıxır və bəziləri isə siyasi arenadan silinərək unudulur. Bütün bunlar münaqişənin həlli strukturuna bəzən birbaşa bəzən də dolayısıyla təsir edən rıçaqlar kompleksini meydana gətirir.
Karl fon Klauzeviçin bir formulu var: "Hər hansı bir müharibənin məqsədi qalib üçün əlverişli şəraitdə sülhə nail olmaqdır." Müharibə hansı formatda olursa olsun onun mahiyyəti yənə olduğu kimi qalır.  Biz də danışıqlar masasına yalnız və yalnız kapitulyasiya üçün oturacağımızı bəyan etmişik".
Könül Cəfərli 

Siyasi       Tarix: 11 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber 2026 son.xeber valyuta mezennesi 2026 en yeni xeberler