Azərbaycan dövləti və xalqının etimadı ilə bu qədər oynamaq olmaz

Azərbaycan dövləti və xalqının etimadı ilə bu qədər oynamaq olmaz Azərbaycan dövləti və xalqının etimadı ilə bu qədər oynamaq olmaz
Paşinyanın vasitəçi dövlət başçılarına çoxsaylı telefon zənglərindən, yalvar-yaxarından sonra oktyabrın 10-da Moskvada ilk humanitar atəşkəs razılığı bəyan olundu. Üstündən heç bir gün keçməmiş, Ermənistan bu razılığı həm döyüş bölgəsində pozdu, həm də bu bölgəyə heç bir aidiyyəti olmayan Gəncəni, onun mülki əhalisini öz ərazisindən atdığı raket zərbəsinə məruz qoydu, terrorçu və vəhşi xislətinə sadiq qaldığını nümayiş etdirdi. Aralarında uşaq, qadın olmaqla 13 nəfər həlak oldu, 30-dan çox mülki şəxs xəsarət aldı. Üç uşaq hər iki valideynini itirdi.
Əksər beynəlxalq təşkilatlar və beynəlxalq media qurumları, nədənsə susdular, bu terror aktına göz yumdular. Elələri də tapıldı ki, Paşinyanın bu vəhşiliyinin səbəb olduğu Gəncə faciəsindən çəkilmiş fotoşəkilləri dünyaya Xankəndi faciəsi kimi təqdim etdi. Ardıcıl hərbi məğlubiyyətlərdən sonra hakimiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalan Paşinyan isə insanlığa qarşı müharibə cinayətlərini davam etdirmək yolunu seçdi.
Çünki beynəlxalq birliyin və vasitəçilərin sərt qınağını görmədi, cəzasız qalacağına inamı daha da artdı.
Elə bu səbəbdən, növbəti müharibə cinayətinə əmr verdi. Yenə də gecə saatlarında Gəncənin mülki əhalisini Ermənistan ərazisindən raket zərbəsinə məruz qoydu. Bu dəfə 13 nəfər günahsız insan həlak oldu, 50-dan çox mülki şəxs yaralandı. Paşinyanın bu terrorunu pisləmək, qınamaq əvəzinə, Azərbaycandan növbəti dəfə humanitar atəşkəsə razılıq istənildi.
Baxmayaraq ki, erməni lobbisi beynəlxalq media məkanında məzlum və təqib edilən erməni milləti obrazının yalan və saxta təbliğini davam etdirməklə məşğuldur. 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın törətdiyi hərbi təxribat zamanı nənəsi ilə birlikdə həyatını itirən bir yaşlı Zəhra Quliyevanın al qan içində olan fotoplakatı dünya ictimaiyyətinə həyasızcasına erməni uşağının fotoşəkli kimi təqdim edilir.
Mülki əhalimizə qarşı terror aktlarının davam etdirildiyi, Gəncə faciəsinin ermənilər tərəfindən təhrif olunmuş şəkildə dünya birliyinə təqdim olunduğu bir şəraitdə, terrorçu Paşinyanın xahişi və vasitəşilərin təhriki ilə, oktyabrın 18-i 00-dan etibarən yeni humanitar atəşkəs razılığı elan olundu. Ermənistanın siyasi hakimiyyəti bu dəfə də xain xislətindən əl çəkmədi.
Səhər saat yedii radələrindən etibarən cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd etdi,humanitar atəşkəsi növbəti dəfə pozdu. Buna qədər isə, atəşkəs razılığından heç beş dəqiqə keçməmiş Gədəbəy və Tovuz rayonlarını Ermənistan ərazisindən iriçaplı silahlardan atəşə tutdu.
Humanitar atəşkəs çağırışı edib Paşinyana hərbi-siyasi nəfəslik verən vasitəçilər, niyə hələ də qəbul etmirlər ki, Ermənistan onların sülhə xidmət səylərinə kölgə salmaqla yanaşı, vəhşi əməllərindən də əl çəkmək niyyətində deyil. Çünki Paşinyan hakimiyyətinin mahiyyəti ənənəvi olaraq faşizmə, terrora və xəyanətə söykənir.
Atəşkəs razılıqlarından sonra Ermənistanın Gəncədə mülki əhaliyə qarşı törətdiyi terror aktları, döyüş zonasında və artıq dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatlar bir daha sübut edir ki,vasitəçilərin sülhə çağırış səyləri Paşinyanın daha da azğınlaşmasına, günahsız insanların qanının tökülməsinə, işğalçının yenidən silahlanması üçün vaxt əldə etməsinə və toparlanmasına xidmət edir.
Bütün bunlara görə cəmiyyətimizdə haqlı sual yaranır. Paşinyanı və onun simasında işğalçı Ermənistanı Qarabağda həlledici məğlubiyyətdən xilas etmək mənasını alan humanitar atəşkəs çağırışı və səylərinin arxasında əslində kimlərin və hansı maraqları dayanır? Hümanitar atəşkəsin şərtlərini ardıcıl şəkildə pozan Paşinyana bu inam və dəstək hansı "mötəbər"siyasi ünvandan qaynaqlanır?
Bəsdir, yetər artıq. Azərbaycan dövlətinin və xalqının səbr və etimadı ilə bu qədər oynamaq olmaz. Humanitar atəşkəs şərtlərini pozub, Azərbaycanın dövlət müstəqilliyi günündə müstəqilliyimizə tuşlanan hər bir atəşin bədəli daha ağır olacaq. Qoy, Paşinyan və havadarları bunu da bilsinlər.
Xalqımızı isə bu müqəddəs gün münasibəti ilə ürəkdən təbrik edir, Ali Baş Komandanımıza və Ordumuza yeni qələbələr arzu edirəm. Allah Ordumuza və xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!
Milli Məclisin deputatı
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 18 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler bugunun xeberleri xəbər en son xeber