"Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir
"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən növbəti görüşündə iki ölkə arasında imzalanacaq sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya və bir sıra humanitar məsələlər nəzərdən keçirilib".
azxeber.com xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, tədricən ənənəyə çevrilməkdə olan Brüssel formatı bir sıra maraqlı məqamları ilə yadda qalıb:"Əvvəla, Brüssel görüşünün indiki üçtərəfli formatda – yəni Şarl Mişelin iştirakı ilə keçirilməsi Azərbaycanın tələbi ilə baş tutub. Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronu çox ciddi-cəhdlə tərəf müqabili etmək həvəsi bu dəfə də ürəyində qalıb. Yəni Azərbaycan ermənilərin diriltmək istədiyi "Minsk qrupu"nu "basdırdığı" kimi, onların "Fransa həvəsi"ni də birdəfəlik dəfn edib. Görünür gələcəkdə də belə olacaq. Çünki tərəflərin noyabrın sonuna qədər bu formatda bir daha görüşmək barədə razılığa gəlməsi Şarl Mişelin bəyanatında əksini tapıb.
İkincisi, müzakirə olunan məsələlərdən açıq aydın görünür ki, Brüssel görüşlərinin gündəliyini Azərbaycan tərəfi müəyyənləşdirir. Yəni, sülh sazişi, sərhəd məsələləri, kommunikasiyaların açılması və s. bu gün Azərbaycanın Ermənistanla münasibətlərində önəm verdiyi əsas problemlərdir. Ermənistanın ətrafında hay-küy qaldırdığı "Laçın dəhlizi", qondarma "Artsaxdakı humanitar böhran", "blokada" və s. kimi uydurmaları isə görüş təşkilatçılarının marağında olmadığı göz qabağındadır.
Üçüncüsü, humanitar məsələlərin, konkret olaraq bu yaxınlarda azaraq ermənilərə əsir düşmüş azərbaycanlı əsgərlərin qaytarılması məsələsinin görüşün gündəliyinə salınması, onların "ikinin ikiyə" (ermənilərin istədiyi kimi, "hamının hamıya" yox) dəyişdirilməsinin müzakirəsi də şəksiz, Azərbaycanın tələbi ilə baş verib. Çünki bu tələblər tam hüquqi, beynəlxalq müqavilələrə və konvensiyaların ruhuna tam uyğundur və onların geri çevrilməsi üçün heç bir əsas yoxdur".
Siyasi şərhçi qeyd edib ki, bu sıraya "Zəngəzur dəhlizi", 1991-ci il "Almatı bəyənnaməsi" və s. məsələləri də aid etmək olar: "Xüsuilə Ermənistanın Azərbaycanı (Qarabağ da daxil olmaqla) 86,6 min kv.km, Azərbaycanın isə Ermənistanı 29,8 min kv. km-lik" ərazi çərçivəsində tanımasını ehtiva edən "Almatı bəyannaməsi"nin müzakirələrin ana gündəliyinə qaytarılması Azərbaycanın və onun şəksiz lideri İlham Əliyevin böyük diplomatik qələbəsidir.
Bütövlükdə, siyasi proseslərin gedişatı göstərir ki, Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir və möhkəmləndirir. Ermənistanın baş naziri Paşinyan da bunu başa düşür. Lakin daxili auditoriyanın ciddi təzyiqi altında olan Paşinyan hələ ki, siyasi manevrlərlə, sərhəddə təxribatlar törətməklə prosesləri bir qədər ləngitməyə, istiqamətini dəyişməyə və müxtəlif yollarla vaxt udmağa çalışır. Vaxt isə yoxdur və ermənilər artıq bu reallığı dərk etməlidirlər".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi