Azərbaycan dünyanın diqqətini cəlb edən platforma yaratmağa müvəffəq olub

Azərbaycan dünyanın diqqətini cəlb edən platforma yaratmağa müvəffəq olubMartın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu öz işinə başladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Forumda 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə bir daha diqqət yönəldilərək görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
X Qlobal Bakı Forumu Azərbaycan beynəlxalq nüfuzunun, dünyanı narahat edən ümumbəşəri problemlərin həllinə töhfə vermək niyyətinin daha bir göstəricisidir. Bu forumun tarixi, gündəlikdə olan məsələlərin məzmunu kifayət qədər nüfuzlu və maraqlı bir platforma kimi beynəlxalq aləmdə qəbul edildiyini söyləməyə əsas verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qlobal Bakı Forumunda verdiyi mesajlar sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün son dərəcə vacib olduğunu nümayiş etdirir. Çünki dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda dövlətlərarası etimadın gücləndirilməsi əvvəlki dövrlərlə müqayisədə daha böyük aktuallıq kəsb etməyə başlayıb. Prezident çıxışında vurğuladı ki, biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qeyd etmək istərdim ki, Beynəlxalq münasibətlərin xarakterinə təsir göstərən ən güclü amillərdən biri qarşılıqlı etimaddır. Bu etimadı bərqərar etmək üçün bütün dövlətlər daha məsuliyyətli davranmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, bəzən bunun əksi olan addımları da müşahidə edirik. Qlobal Bakı Forumu məhz bu cür məsələlərin açıq müzakirəsinə imkan yaratdığına görə daha çox diqqəti cəlb edir.
On ildir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz qlobal problemlərə dair müzakirələrin təşkilatçısına çevrilib. Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən məsələlərlə bağlı ideyalar mübadilə olunur. Bu il də Forumun mövzusu olduqca vacib və aktualdır - "Yeni dünya: Çağırışlar və ümidlər". Müzakirələrdən aydın olur ki, dünyanın nüfuzlu siyasətçiləri yeni ümidlər yaratmaq, gələcəyə baxmaq istəyirlər. Bakı platformasında həm də mövcud yanlış və doğru addımlar təhlil edilir, daha müqavimətli şəkildə irəliyə getməyin yolları axtarılır.
Qlobal Bakı Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universal dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür. Yəni, Prezident İlham Əliyevin də söylədiyi kimi, hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir.
Naftalan şəhər sakini İbadət Quliyev / azxeber.com

Siyasi       Tarix: 14 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu cəbhədən ən son xəbər en son xeberler bu gun oxu.az xeberler