Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan elminə AĞIR İTKİ - FOTOAR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna ağır itki üz verib.
azxeber.com xəbər verir ki, bu gün İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun Həmkarlar Təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov qəfil vəfat edib.  
Anar Hüseynov 1979-cu il iyunun 24-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 1996-2000-ci illərdə BDU-nun biologiya fakültəsinə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin universitetin "Mikrobiologiya və virusologiya" ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildə BDU-da "Mikrobiologiya" ixtisası üzrə doktoranturaya daxil olaraq, 2006-cı ildə bitirmiş və dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2007-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə  başlayan alim Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri və həmçinin AMEA Mikrobiologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri vəzifələrinə seçilərək ömrünün sonuna qədər bu vəzifələri layiqincə yerinə yetirib.
Elm xadimi işlədiyi müddət ərzində Xəzər dənizinin və çay sularının, bulaqların  mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplamış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqlarını  müəyyən edərək, bu sahədə tanınmış mütəxəsis kimi özünü təsdiq etmişdir.
A.Hüseynov yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materialların müəllifi olub.
Kadr hazırlığında, institutun ictimai fəaliyyətində səmərəli fəaliyyət göstərib.   Təssüf ki, qəfil ölüm onun elmi və ictimai fəaliyyətinə son qoydu.
Allah rəhmət eləsin!
Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Sosial       Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün sonxabar kriminal cəbhədən son məlumatlar