Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatdı
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.
KONKRET.azxəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mher Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.
İclasda komissiyanın əsasnaməsi müzakirə olunacaq. Görüşdə üçüncü tərəfin iştirakı planlaşdırılmır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev komissiyaların növbəti iclasının bu aya təyin edildiyini bildirmişdi.
"Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin", – Prezident İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub. Sərhəəddə baş tutan görüş sayca beşinci olub. Görüşlərin 3-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə baş tutub.
***
Azərbaycan və Ermənistan delimitasiya komissiyasının iclası başa çatıb.
KONKRET.azxəbər verir ki, bu haqda "Armenpress.am" məlumat yayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR