Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib
Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ" həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələri ilə virtual görüşü təşkil edilib.
Tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallin (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki "Qarabağ" məktəblərinin rəhbərləri, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərtac, Trend, Apa, Publika, Report və s. media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan evlərinin və "Qarabağ" məktəblərinin rəhbərləri çıxış edərək evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı atılan addımlar barədə ətraflı məlumat veriblər.
Tədbir jurnalistlərin suallarının cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə davam edib. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və s. məsələləri əhatə edib.
Sonda Azərbaycan evlərinin və Qarabağ məktəblərinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."