İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMAİranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir.
Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında daha geniş siyasi anlaşmanın və ya sülh sazişinin əldə olunmasına zəmin yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlar müsbət istiqamətdə inkişaf edir. Onun sözlərinə görə, İran Prezidenti və hökuməti ABŞ-la razılaşma əldə etməyə çalışır və SEPAH-ın da bu prosesə münasibətində müəyyən dəyişiklik müşahidə olunur.
İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA"Uranın zənginləşdirilməsindən imtina edilməsi ilə bağlı İran tərəfindən güzəştə gediləcəyi vurğulanır. Düşünürəm ki, razılaşma əldə olunarsa, bunun əsasında müəyyən bir müqavilə imzalana bilər", – politoloq qeyd edib.
Əsədullazadənin sözlərinə görə, Tehran üçün nüvə məsələsində güzəştə getmək ciddi addım hesab olunur. O, bildirib ki, ABŞ Prezidenti Donald Tramp üçün əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasıdır:
"Uranın zənginləşdirilməsindən imtina edilməsi Tramp tərəfindən noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində diplomatik uğur kimi təqdim oluna bilər. Hörmüz boğazı ilə bağlı məsələ isə onun üçün bir o qədər prioritet deyil. Tramp daha çox İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını tələb edirdi".
Politoloq hesab edir ki, İranın son dövrdə mövqeyində dəyişiklik etməsinin əsas səbəblərindən biri ölkəyə tətbiq olunan sanksiyaların iqtisadi nəticələridir. Onun sözlərinə görə, uzunmüddətli sanksiyalar İran iqtisadiyyatına ciddi təzyiq göstərir və bu amil Tehranı ABŞ-la diplomatik razılaşma imkanlarını nəzərdən keçirməyə vadar edir.
"SEPAH tərəfi bir neçə aydır güzəştə getmirdi. Lakin İrana tətbiq olunan sanksiyalar iqtisadiyyatın ciddi çətinliklərlə üzləşməsinə səbəb olur. İran artıq ABŞ-la diplomatik razılaşma mərhələsinə keçən bir proses içərisindədir", – deyə M. Əsədullazadə bildirib.
Onun fikrincə, uranın zənginləşdirilməsi məsələsində razılaşmanın əldə olunması İran-ABŞ münasibətlərində daha geniş siyasi anlaşma üçün imkan yarada bilər. Bununla belə, yekun razılaşmanın məzmunu və tərəflərin digər məsələlər üzrə mövqelərinin necə uzlaşdırılacağı hələlik əsas sual olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 29 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler cəbhədən şad xəbər ən son xeberler valyuta mezennesi