Azərbaycan güləşçiləri qızıl medalların sayını 3-ə çatdırdı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
KONKRET.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir