Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşdi

Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşdiBu gün Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
KONKRET.az xəbər verir ki, hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
Bu gün yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kq) 1/8 finalda Oleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kq) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kq) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaq. Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.
Xatırladaq ki, hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

İdman       Tarix: 05 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı