Azərbaycan İLK - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq

Azərbaycan İLK - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq"Bütün dünyada olduğu kimi, Azərbaycanda da donorlara ehtiyac var. İnsanlar Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq formanı dolduraraq vəfat etdikdən sonra donor ola bilər. Tezliklə my.gov.az-da həmin sənədi doldurub, donor olmaq mümkün olacaq".
KONKRET.az xəbər verir ki, bu barədə "Orqan transplantasiyasında müasir dövrün çağırışları" mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
O qeyd edib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: "Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var.
Çünki insanların orqan donorluğu ilə bağlı fikirlər formalaşmalıdır. Qeyd edim ki, mən də orqan donorları reyestrinə düşmüşəm. Düşünürəm ki, ölümündən sonra da insanlar xeyirxahlıq edib, başqalarına həyat bəxş edə bilər. Burada əsas məsələ insanların sağlığında ölümdən sonra donor olmaq istəyidir".
Y.Abbasova orqan donorluğu ilə bağlı aparılan maarifləndirmə işlərindən də danışıb: "Xəstəxanalarda beyin ölümü baş verən xəstələrin yaxınları ilə görüşürük. Ümid edirəm ki, insanlar orqan donorluğunun əhəmiyyətini anlayacaqlar və bu istiqamətdə addım atacaqlar. Əsas məsələ orqan transplantasiyalarının hüquqi bazasının olmasıdır. Artıq hüquqi baza tam hazırdır. Bütün əməliyyatlar sənədləşmə prosesi düzgün qaydada aparıldıqdan sonra həyata keçirilə bilər. Donorluğa nəzarət etmək üçün Səhiyyə Nazirliyinin tərkibində Etika Komissiyası yaradılıb".

Sağlamlıq       Tarix: 10 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun hava durumu xeberler bugun futbol xeberleri