Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqlar üçün zərərsiz olduğu düşünülsə də, onların tərkibində müxtəlif kimyəvi maddələr və qoruyucu əlavələr mövcuddur.
Bəs bu maddələr uşaqların dərisinə, tənəffüs yollarına və həzm sisteminə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı pediatr Elşən Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, su əsaslı boyalar həlledici tərkibli məhsullarla müqayisədə uşaqlar üçün daha təhlükəsiz seçim hesab olunur. Amerika Pediatriya Akademiyası da həlledicilərin olmadığına görə bu növ boyalara üstünlük verir. Çünki həlledicilərin təsadüfən, hətta az miqdarda udulması belə ağır zəhərlənməyə səbəb ola bilər.
Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?"Su əsaslı boyaların tamamilə zərərsiz olduğunu düşünmək düzgün deyil. Belə məhsulların tərkibində piqmentlər, bağlayıcılar və boyanın xarab olmasının qarşısını alan qoruyucu maddələr yer alır. Xüsusilə metilizotiazolinon (MI) və xlorometilizotiazolinon (CMI) kimi qoruyucular bəzi uşaqlarda allergik reaksiyalar yarada bilər.
Bu maddələrlə təmas nəticəsində dəridə qızartı, qaşınma və ekzemaya bənzər səpkilər meydana çıxa bilər. Həssaslığı olan uşaqlarda allergik kontakt dermatit riski daha yüksəkdir".
Elşən Tağıyev boyanın təsadüfən udulmasının da valideynlər üçün ciddi diqqət tələb edən məsələ olduğunu vurğulayıb.
"Azyaşlı uşaqlar rəsm çəkərkən əllərini və fırçanı ağızlarına apara bilirlər. Avropa standartı EN 71-7 də barmaq boyalarının istehsalında bu ehtimalı nəzərə alır, qoruyucu maddələrin istifadəsini məhdudlaşdırır və müəyyən zərərli aromatik aminlərin əmələ gəlməsinə səbəb ola bilən azo boyaq maddələrini qadağan edir".
Tənəffüs yollarına gəlincə, pediatr bildirib ki, fırça ilə istifadə edilən su əsaslı boyalarda inhalyasiya riski əsas təhlükə kimi göstərilmir. Bu məhsulların başlıca üstünlüyü tərkiblərində həlledicilərin olmamasıdır.
Həkim valideynlərə boya seçərkən məhsulun etiketinə və təhlükəsizlik göstəricilərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
"Qablaşdırmada "Conforms to ASTM D4236" ifadəsinin və ACMI sertifikat nişanının olması vacib göstəricilərdir. Bununla belə, yalnız "non-toxic" yazısına əsaslanaraq boyanın tam təhlükəsiz olduğu qənaətinə gəlmək olmaz.
Uşaqlar rəsm çəkərkən mütləq böyüklərin nəzarəti altında olmalı, iş bitdikdən sonra əlləri sabun və su ilə yuyulmalıdır. Fırçanın yalamasına və boyanın ağıza aparılmasına yol verilməməlidir. Dəridə allergik əlamətlər yarandıqda məhsulun istifadəsi dayandırılmalı, boya udulduqda isə qablaşdırma saxlanılaraq həkimə və ya zəhərlənmə mərkəzinə müraciət edilməlidir".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 06 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri bugünkü son xəbərlər bu gune olan xeberler ən son xəbərlər