"Azərbaycan investisiyaları Qırğızıstana cəlb ediləcək" - Sadır Japarov
"Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq".
KONKRET.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.
"Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır", – Qırğızıstan Prezidenti vurğulayıb.
"Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.
Prezident İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi",- deyə Qırğızıstan rəhbəri bildirib.
Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib:
"Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir".
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var