Azərbaycan klubu bütün futbolçularını göndərdi

Azərbaycan klubu bütün futbolçularını göndərdi2025-26 mövsümündə II Liqada mübarizə aparacaq "Şirvan" klubunda kütləvi ayrılıqlar baş tutub. 
KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsüm boyu klubun şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılıb. Rəsmi açıqlamada bildirilib ki, komandaya bağlı olan heç bir şəxs bu gündən etibarən klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur.
Bundan əlavə, klub rəhbərliyi komandada oynamaq istəyəcək futbolçularla fərdi şəkildə əlaqə saxlanılacağını qeyd edib:
"Bu qərar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır. Rəhbərlik xüsusilə 2024/25 mövsümündə çətin və şərəfli yolda – Region Liqasında ikincilik qazanaraq Pley-off mərhələsində qalib olaraq. 2-ci Liqaya yüksəlməkdə böyük əzmkarlıq göstərən, tərlə, ruhla bu uğura imza atan bütün oyunçulara və texniki heyətə dərin təşəkkürünü bildirir. Biz bir komandada davam etməsək də, "Şirvan"ın qapıları bu klubun formasını geyinmiş hər bir oyunçunun üzünə hər zaman açıqdır. Siz bizim üçün sadəcə keçmişin bir parçası yox, həm də bu tarixin qurucularısınız. Eyni zamanda rəhbərlik qeyd edir ki, yeni mövsümdə əməkdaşlığa davam etmək istədiyimiz bəzi oyunçularla fərdi şəkildə ünsiyyət qurulacaq, danışıqlar aparılacaq və yeni təkliflər irəli sürüləcək", deyə açıqlamada diqqətə çatdırılıb.

İdman       Tarix: 23 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler