Azərbaycan mediası bu səbəbdən reklam ala bilmir - Hacıbəy Heydərli yazır
Hacıbəy Heydərli
Kanada hökumətinin qəbul etdiyi yeni "Onlayn media" qanununa görə "Google" şirkəti ölkədə fəaliyyət göstərən xəbər saytlarına hər il 74 milyon dollar ödəyəcək.
Buna səbəb isə xəbər saytlarının materiallarının "google"də yayımlanmasıdır. Yeni qanuna görə, "Google" və bütün məşhur sosial şəbəkələr ölkədə fəaliyyətini davam etdirmək istəyirsə, saytlara ödəniş etməlidir, çünki onların beyin məhsullarından, materiallarından istifadə edir. Qanun xəbər saytlarına girişin azaldığı və bütün reklamların sosial mediaya ayrıldığı üçün qəbul edilib.
Qeyd edim ki, ötən il Fransa məhkəmələri də "Google"ni reklam bazarında rəqabəti pozduğuna görə 150 milyon dollar cərimələmişdi.
Düşünürəm ki, eyni durum ölkəmizdə də mövcuddur. Sosial şəbəkələr və xarici saytlar medianın reklam bazarını tamamilə "udub", mediamız uzun illərdir ki, reklam bazarı formalaşdıra bilmir.
Jurnalistlərimiz təkcə özləri ilə deyil, həm də milyard dollarlıq büdcələri olan dünya nəhəngləri ilə mübarizə aparır. Belə bir durumda reklam əldə etmək, oxucu cəlb etmək, sosial mediadan asılılığı azaltmaq və bunları etik dəyərlərə, jurnalistika prinsiplərinə uyğun şəkildə etmək böyük qəhrəmanlıqdır. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR