Azərbaycan millisi səfərdə Serbiyaya uduzdu - YENİLƏNDİ

Azərbaycan millisi səfərdə Serbiyaya uduzdu - YENİLƏNDİFutbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna fəal başlayan serbiyalılar artıq 11-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Duşan Vlahoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 3 dəqiqə sonra Höccət Haqverdinin sol cinahdan ötürülən topu uzaqlaşdırmaq istəyərkən az qala avtoqol müəllifi olacaqdı. Lakin müdafiəçinin "fərqlənməsinə" qapı dirəyi imkan verməyib. Az sonra Darko Lazoviçin yaxın məsafədən vurduğu topu Şahruddin Məhəmmədəliyev qaytarıb. Hücumun davamında isə Sergey Milinkoviç-Saviçin təkrar zərbəsi qeyri-dəqiq alınıb. Azərbaycan millisinin oyundakı ilk təhlükəli hücumu 20-ci dəqiqəyə təsadüf edib. Emin Mahmudovun sağ cinahdan cərimə meydançasına ötürməsini qəbul edən Filip Ozobiç yaxın küncü nişan alsa da, top qapıdan keçməyib. 26-cı dəqiqədə Qara Qarayev Azər Salahlını Predraq Raykoviçlə üz-üzə qoysa da, sonuncu fürsəti əldən verib. Matçda hesab yarım saatın tamamında açılıb. Haqverdinin Vlahoviçə qarşı kobudluğundan sonra təyin olunan penaltini zərərçəkmişin özü dəqiq yerinə yetirib. Sarı vərəqə alan Haqverdi isə cəzalı duruma düşüb. O, gələn ay Bakıda Lüksemburqa qarşı matçı buraxacaq. 10 dəqiqə sonra Serbiya yığması 2-ci topu vursa da, Milenkoviç-Saviçin qolu ofsayd səbəbindən qeydə alınmayıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesab bərabərləşib. Qapıçının kobud səhvindən sonra Mahmudov tarazlığı bərpa edib. Bu, onun seçmə mərhələdə 4-cü qolu olub. Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
İkinci hissədə də hücumlarını davam etdirən serbiyalılar yenidən hesabda önə keçiblər. 53-cü dəqiqədə Vlahoviç dubl edərək, seçmə mərhələdəki 4-cü qolunu vurub. 54-cü dəqiqədə Araz Abdullayevin zərbəsi zamanı top qapının üstündən keçib. Ardınca Luka Yoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 63-cü dəqiqədə Vlahoviçin akrobatik zərbə ilə het-trik etmək cəhdi baş tutmayıb. Ardınca isə Məhəmmədəliyev ikinci hissədə meydana daxil olan Aleksandar Mitorviçin fərqlənməsinə imkan verməyib. Matçda son nöpqtəni isə Duşan Tadiç qoyub. Serbiya yığmasının kapitanı penaltidən fərqlənməklə komandasının qələbəsini rəsmiləşdirib.
Bu qrupun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib - 5:0.
Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.
xxx
00:27
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab yenidən dəyişib.
Publika.az xəbər verir ki, 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən 3-cü qolu qonaqların qapısından keçirib.
xxx
23:57
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 3-cü qol vurulub.
Publika.az xəbər verir ki, 53-cü dəqiqədə dubl edən Duşan Vlahoviç komandasını hesabda önə keçirib.
xxx
23:49
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.
xxx
23:32
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
xxx
23:15
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Duşan Vlahoviç penaltidən fərqlənib.
xxx
22:45
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də start götürən matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüşdə Canni De Byazinin başçılıq etdiyi kollektiv 1:2 hesabı ilə uduzub.

İdman       Tarix: 13 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən son məlumatlar xeber.az xeber saytlari