Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin "Ankaragücü" klubunun üzvü Həsən Nəzərli komandasını dəyişə bilər.
KONKRET.az "Teleqraf"a istinadən xəbər verir ki, Nəzərli Avropanın bir sıra ölkələrdən dəvətlər aldığını söyləyib: "Portuqaliya və Serbiya çempionatlarının klublarından təkliflərim var. "Ankaragücü" də məni komandada saxlamaq istəyir. Son qərarımı bir həftəlik istirahətdən sonra verəcəyəm".
O, Azərbaycana dönüşünün hələlik mümkünsüz olduğunu əlavə edib.
Nəzərli iyunun 9-da evdə Monteneqro yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyununa yaxşı hazırlaşdıqlarını bildirib: "Üstün tərəf biz idik. Əldə etdiyimiz qol epizodlarından yararlana bilmədik. Belarus millisinə 1:3 hesabı ilə məğlub olduğumuz oyunda da belə idi. Bu da konsentrasiyamızın əskik olmasına görədir. Digər xüsusiyyətlərimiz isə yaxşı idi. Növbəti oyunlarda daha da güclü olacağımıza inanıram".
Xatırladaq ki, Həsən Nəzərli 2023-cü ilin martından "Ankaragücü"nün akademiyasında çıxış edir. O, ötən mövsüm paytaxt təmsilçisinin əsas komandasında 5 oyunda iştirak edib. Nəzərli gənclərdən ibarət kollektivlə isə meydana çıxdığı 14 oyunda 7 qola imza atıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?