"Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini gücləndirməliyik
"Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq".
azxeber.com Report-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türk Dövlətləri Parlament Assambleyasına (TDPA) üzv ölkələr arasında əlaqələrdən danışarkən deyib.
TBMM sədri qeyd edib ki, TDPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və bir çox başqa sahələrdə bütövlükdə daha çox inkişaf etdirilməsi üçün hələ çox uzun yol var. Türk dövlətləri olaraq güclü varlığımızla beynəlxalq sistemi ikili standartlardan uzaq, ədalətə əsaslanan quruluşa gəlməyə çalışmalıyıq", - Mustafa Şentop vurğulayıb.
O qeyd edib ki, türkdilli ölkələrin bir çox sahədə potensialının indiki səviyyədən qat-qat üstündür.
Türkiyə Böyük Millət Məclisinin sədri TDPA üzvü olan ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?