Azərbaycan nefti 95 dollara qədər UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,15 % azalaraq 95,5 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda "Brent" markalı neftin dekabr fyuçersləri 94,83 ABŞ dollara satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.