Azərbaycan nümayəndə heyəti ATƏT-in görüşündə iştirak edir - FOTO
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in "Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi" mövzusunda keçirilən görüşündə iştirak edir.
KONKRET.az xəbər verir ki, görüşün gündəliyinə uyğun olaraq, "Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?", "Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri" və "Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi" mövzuları üzrə müzakirələr aparılır.
Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.
Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilib.


"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir