"Azərbaycan öz vətəndaşları ilə dialoqda üçüncü tərəfin xidmətinə ehtiyac duymur" - Politoloqdan AÇIQLAMA

Cənubi Qafqazda regional dəyişikliklər və yaranan geosiyasi vəziyyət erməniləri arzuolunmaz vəziyyətə salıb. Özləri də məsələnin mahiyyətini anlayır və bölgədə sülhün qarşısını almaq üçün hər cür təxribatlara əl atırlar. Ermənistan rəhbərliyinin ikiüzlü siyasəti danışıqlara zərbə vurur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən baş nazir Nikol Paşinyanın daha sonra ziddiyyətli bəyanatları da vəziyyəti qəlizləşdirir. Zəngəzur dəhlizinin açılmasına mane olan, delimitasiya və demarkasiya proseslərinin aparılmasını əngəlləyən rəsmi İrəvan qeyri-qanuni erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaqda da manipulyasiya edir. Regionda isə vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdə davam edir. Bunu anlayan ermənilər dostlarının köməyinə ehtiyac duyur, onlara müraciət ünvanlayırlar.
Bir qrup erməninin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı müraciət də Qarabağla bağlıdır. Putindən yardım uman ermənilər bu müraciətlə siyasi manipulyasiya etməyi düşünürlər.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov KONKRET.az-a açıqlamasında ermənilərin bu cür addımlarının arxasında çirkin niyyətin dayandığını deyir:
"Regional konteksdə proseslər yenidən canlanır. Brüssel formatında cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu, XİN səviyyəsində ABŞ-da keçirilən görüşdən sonra növbəti Qərb platformasıdır.
Qarabağ iqtisadi rayonundakı separatçı qurum rəhbərinin Putinə müraciəti sonrası həm də Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığı baş tutub. Eyni zamanda sülhməramlıların Azərbaycan bayrağına qarşı hörmətsizliyi də kifayət qədər ciddi nəzərə alınmalı məqamdır. Aydındır ki, Rusiya regionda öz marağını qalıcı etmək, sülhməramlıların fəaliyyətinin uzadılmasına nail olmaq istiqamətində hər cür addım atır. Eyni zamanda Qarabağ ermənilərinin reinteqrasiyasına da mane olur.
Xüsusilə vurğulamaq lazımdır ki, Araik Arutyunyan dialoq müstəvisində Rusiyanın iştirakını vacib hesab edir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, heç bir beynəlxalq mexanizm ola bilməz və Azərbaycan öz vətəndaşları ilə dialoqda üçüncü tərəfin xidmətlərinə ehtiyac duymur. Bu kifayət qədər konstruktiv yanaşmadır. Beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Bu mövqeni qlobal güclər də qəbul edir. Azərbaycan nəzarət buraxılış məntəqəsi qurduqdan sonra Beynəlxalq Ədalət Məhkəməsində də mövqeyimizin dəstəklənməsi və Ermənistanın vəsadətinin ləğv edilməsi dediklərimizi təsdiqləyir.
Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ-da ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı Azərbaycanın zəmanətinə etibar edir. Bu məsələni kifayət qədər böyütmək bundan siyasi xallar toplamaq, siyasi cəhətdən üstünlüyə yiyələnmək niyyətləri də tamamilə absurddur. İstənilən halda Azərbaycanın milli maraqları qalib gələcək və Azərbaycanın siyasi iradəsi bu istiqamətdədir. Xarici işlər naziri Ceyhun Bayramovun Mariya Zaxarovaya kəskin, tutarlı və ədalətli cavabı da xüsusi məqamdır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 11 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber