Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin tarixi rekord səviyyəyə yüksəlməsini və ikitərəfli iqtisadi əməkdaşlığın perspektivlərini şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici iqtisadi siyasətin mühüm nəticələrindən biridir:
"2026-cı ilin yanvar–sentyabr aylarında qarşılıqlı ticarət dövriyyəsinin 3,46 milyard ABŞ dollarına çatması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini göstərir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,7 faiz yüksəkdir.
İkitərəfli ticarətin strukturunda sənaye məhsulları, avtomobillər və onların ehtiyat hissələri, elektrik avadanlıqları, geyim və digər istehlak malları mühüm yer tutur. Azərbaycandan Çinə ixracda isə neft koksu, ilkin formalarda polietilen, maşın və elektrik avadanlıqları kimi məhsullar diqqət çəkir.
Son illərin statistikası əməkdaşlığın genişlənmə mərhələlərini aydın göstərir. 2018-ci ildə 1,3 milyard dollar səviyyəsində olan ticarət dövriyyəsi 2019-cu ildə 2 milyard dolları ötüb. Pandemiya dövründə müəyyən azalmadan sonra 2023-cü ildə 3,1 milyard, 2024-cü ildə 3,74 milyard, 2025-ci ildə isə 4,87 milyard dollara yüksəlib. Şübhə yoxdur ki, bu il bu rəqəm daha yüksək olacaq".
Müsahibimiz əlavə edib ki, əməkdaşlığın strateji əhəmiyyəti yalnız idxal və ixrac əməliyyatları ilə məhdudlaşmır:
"Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi Çinlə Avropa arasında yükdaşımaların şaxələndirilməsi baxımından mühüm üstünlükdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və tranzit imkanları ölkəmizin beynəlxalq logistika sistemində rolunu gücləndirir.
Bununla yanaşı, yaşıl enerji, sənaye, rəqəmsal texnologiyalar və investisiya əməkdaşlığı yeni iqtisadi imkanlar yaradır. Çin şirkətlərinin Azərbaycanda enerji layihələrində iştirakı tərəfdaşlığın ticarətdən real iqtisadi layihələrə doğru genişləndiyini göstərir. Azərbaycan–Çin iqtisadi tərəfdaşlığının gələcək uğuru yalnız ticarət həcminin artması ilə deyil, qarşılıqlı investisiyaların, texnologiya transferinin, birgə istehsalın və yüksək əlavə dəyər yaradan layihələrin genişlənməsi ilə ölçülməlidir. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə və beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir".
Aynur Babazadə

Siyasi       Tarix: 06 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən ən son xəbərlər son xeberler bugun 2026 azerbaycan kriminal xeberler