Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana intensiv səfərləri, hər iki ölkənin dövlət başçılarının görüşləri zamanı əldə olunmuş razılıqların icrası istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev imzalayıblar.
İnvestisiya Fondu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, kooperasiya əlaqələrinin inkişafına və bu sahədə imkanların effektiv reallaşdırılmasına töhfə verəcək. Fond həmçinin, ölkələrimiz arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcəkdır.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var