Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı QAZANDI
Azərbaycan Paris – 2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Kamandan Oxatma Federasiyasından KONKRET.az-a verilən məlumata görə, bu nüfuzlu yarışa növbəti vəsiqəni kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova əldə edib.
Y.Ramazanova 14-17 iyun tarixlərində Türkiyənin Antalya şəhərində baş tutan oxatma üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinə yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.
İdmançımız 1-ci mərhələdə Qətər təmsilçisi Suha Şayxı 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə polşalı Marina Stax üzərində qələbə qazanılıb – 6:2. 3-cü mərhələdə Yaylagül Ramazanova gərgin mübarizə şəraitində hindistanlı Dipika Kumarini 6:4 hesabı ilə məğlub edib. Növbəti mərhələdə digər Polşa təmsilçisi Klaudia Plazanı da üstələyən millimizin üzvü turnirin 8 ən yaxşı idmançısı sırasına düşməyi bacarıb. Bu nəticə ölkəmizə Paris Olimpiadasına növbəti lisenziyanı qazandırıb.
Qeyd edək ki, millimiz turnirdə ümumilikdə beş idmançı (Roman Vengerov, Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova və Fatimə Hüseynli) ilə təmsil olunub.
İyunun 16-da keçirilən qadınların şəxsi yarışında Svetlana Simonova birinci, Fatimə Hüseynli isə ikinci mərhələdə mübarizəni dayandırıblar.
Kişi oxatanlarımız Roman Vengerov və Məhəmmədəli Əliyev iyunun 17-də mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.


Turlar.az [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu