Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında, saat 17:45-də "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək.
Ardınca isə "Sumqayıt" doğma meydanda turnir cədvəlinin lideri "Qarabağ"la üz-üzə gələcək.
Bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası
IX tur
6 oktyabr
17:45. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu.
20:00. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" – "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi