Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.
Çempionluğu təmin edən "Qarabağ" klubu "Səbail"in qonağı olacaq. Ağdam təmsilçisi hesabında 63 xal var. Bakı klubu isə 15 xalla sonuncu – 8-ci sırada qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəliblər.
Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıblar. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var – 35:7.
UEFA Konfrans Liqasına vəsiqə şansını davam etdirən "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 39 xalla beşinci, "gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.
Çempionatdakı əvvəlki 14 matçın 6-da "Sabah", 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində "Sabah" minimal üstünlüyə malikdir – 18:17.
Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olacaq. "Qırmızı-qaralar" 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də "Şamaxı" üstündür – 72:57.
Nəhayət, "Zirə" gümüş medalları təmin edən "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın hesabında 50 xal var. Qırx üç xala malik "Zirə" üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də "Zirə", 7-də "Neftçi" qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var – 27:26.
"Qəbələ" bu tur xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. "Sabah" "Sumqayıt"ın müqavimətini qıra bilməsə, "Qəbələ" Şamaxı səfərindən 3 xalla qayıtsa, "Zirə" və "Qəbələ" UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi