Azərbaycan Premyer Liqası: "Neftçi" qalib gəldi
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, turun ikinci oyununda "Neftçi" klubu "Səbail" komandasını qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.
"Neftçi"nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Dördüncü xəbərdarlığı alan müdafiəçi XIII turda "Sumqayıt"la ev matçını buraxmalı olacaq.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" klubu "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var