Azərbaycan Premyer Liqasında 17 il sonra ilk yaşandı

Azərbaycan Premyer Liqasında 17 il sonra ilk yaşandı"Sabah" futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.
KONKRET.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
XVI turda "Sumqayıt"ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar "qış çempionu" adına sahib çıxıblar.
Xallarının sayını 37-yə çatdıran "bayquşlar" son 4 mövsümün qış çempionu "Qarabağ"ı bir xal qabaqlayıb. Bu, "Sabah"ın tarixində ilk belə nəticədir.
Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə "İnter" (indiki "Şamaxı") tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqləniblər.
Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. "Qarabağ" hamıdan çox – 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.
"Neftçi" doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), "Kəpəz" (1993/1994, 1997/1998, 1998/1999) və "Şamaxı" (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, "Xəzri" (1995/1996), "Şəmkir" (1999/2000), "Karvan" (2005/2006), "Xəzər Lənkəran" (2006/2007) və "Şüvəlan"ın (2007/2008) bir belə uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

İdman       Tarix: 23 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber son xeberler az valyuta mezennesi banklar xeberler bugun 2026