Azərbaycan Premyer Liqasında bürünc medalların sahibi bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu – XXVIII turuna start verilib.
KONKRET.az-ın məlumatına görə, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.
Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qırmızı-qaralar"dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.
45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" – "Səbail" və "Qarabağ" – "Neftçi" matçları ilə yekun vurulacaq.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu