Azərbaycan Premyer Liqasında XIX tur start götürür

Azərbaycan Premyer Liqasında XIX tur start götürürBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Publika.az-ın məlumatına görə, ilk oyun günündə Bakıda 2 görüş keçiriləcək.
Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı sınağa çəkəcək.
18 turdan sonra meydan sahibləri 15 xalla sonuncu - 8-ci, qonaqlar isə 24 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 9 dəfə üz-üzə gəliblər. Bu matçların 3-də Masazır təmsilçisi, 5-də isə "gənclik şəhəri" klubu qələbə qazanıb. Topların nisbəti də sumqayıtlıların xeyrinədir - 14:9. Son 4 görüşdə hər iki komanda qol vurub və qonaq tərəf qalib gəlib. "Sumqayıt" 7 görüşdür meydanı qolsuz tərk etmir.
Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq. Əslində bu görüş "ASK Arena"da keçirilməli idi. Sadəcə, "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib.
Hazırda 33 xalı olan flaqman "Qarabağ"la 1 - 2-ci yerləri bölüşdürür. "Keşlə" isə 16 xalla 7-ci sıradadır. Komandalar arasında baş tutmuş 64 çempionat oyunundan 34-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 97:62. "Keşlə" son 3 oyunda uduzub. "Neftçi" ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.
Azərbaycan Premyer Liqası
XIX tur
16:00. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
"Bank Respublika Arena".
18:15. "Neftçi" – "Keşlə"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bakcell Arena".
Qeyd edək ki, tura martın 9-da keçiriləcək "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

İdman       Tarix: 08 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun