Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı QƏRAR VERİLDİ

Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı QƏRAR VERİLDİ"Premyer Liqanın bərpası ilə bağlı işlər Nazirlər Kabinetinin qərarına uyğun davam etdiriləcək".
Publika.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın mümkün bərpasının təxirə düşməsi ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi bildirib ki, hələlik bununla bağlı yenilik yoxdur: "Bilirsiniz ki, karantin rejimi mayın 31-dək uzadılıb. Hələ ki son məlumat budur. Operativ Qərargahdan hər hansı yeni xəbər alsaq, rəhbərlik bizə nə isə desə, ictimaiyyətə informasiya veriləcək".
Milli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verməlidirlər. A.Şahgəldiyev bununla bağlı qitə futbol qurumuna cavab verməyə tələsmədiklərini söyləyib: "Həmin tarixə 21 gün vaxt var. Bunu indidən niyə açıqlayaq ki? Açığı, hər hansı cavab da hazırlamamışıq. Çünki vaxtımız var. Həmin gün yetişəndə hansı qərar qəbul olunsa, məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.//Report

İdman       Tarix: 05 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib. xəbər verir ki, Messi oyundan sonra belə deyib:

"Real Madrid" daha bir dünya çempionunu transfer edir

"Real Madrid" rəhbərliyi klubun heyətini gücləndirməyə davam edir. -a istinadən bildirir ki, madridlilər heyətə daha bir dünya çempionunu gətirməyə çalışacaq. ​İspaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti"

DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı

İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələba

Almaniya Kloppla neçə illik müqavilə imzalayıb?

Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub. KONKRET.azxəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, 58 yaşlı mütəxəssisl

UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır

"Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. bildirir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək

"Qarabağ"ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var

"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. -a istinadla xəbər verir ki, "Vestri" (İslandiya) matçda olduğu kimi Joni Montie

DÇ-2026-nın rəmzi komandası müəyyənləşdi

DÇ-2026-nın rəmzi komandası elan edilib. KONKRET.azOpta Sports-a istinadla xəbər verir ki, o, turnir ərzindəki statistik göstəricilərinə əsasən müəyyənləşdirilib. 11-likd çempion İspaniyadan 5, 2-ci yeri tutan Argentinada

ÇL: "Sabah" "KuPS"a qarşı

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Sabah" meydana çıxacaq. xəbər verir ki, Masazır təmsilçisi doğma meydanda Finlandiyanın "KuPS"

Qurban Qurbanovdan şok qərar - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. KONKRET.azsportinfo-ya istinadla xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb. Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun sonxeber hava son xabarlar