Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir

Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verirAzərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platfor¬ma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu quru-mun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir.
Ölkəmiz Qoşulmama Hərəkatına üzv olduğu və bu nüfuzlu təsisata sədrlik etdiyi dövrdə təşkilatın prinsiplərinə sadiqliyini daim nümayiş etdirib. Dövlətimizin başçısı çıxışla¬rının birində bu barədə deyib: "Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir".
Yeri gəlmişkən, xatırladım ki, Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis edilib. Həmin vaxtdan etibarən təşkilatın fəaliyyəti qlobal sülh, ədalət və həmrəylik prinsipləri əsasında qurulub. Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsinə çevrilib.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünya-da sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransında¬kı çıxışında vurğulandığı kimi, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi "Ban¬dunq prinsipləri" bu təşkilatın təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Hazırda dünyada dəhşətli fəalakətlər törədən müharibələr və münaqişələr də "Bandunq prinsipləri"nə riayət olunmaması səbəbindən baş verir.
Azərbaycan zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu hər zaman bildi¬rib, bütün ölkələrin suverenliyi və ərazi bü¬tövlüyü prinsiplərini tam dəstəkləyib. Bax, elə buna sadiq olduğuna görə də sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.
Yeri gəlmişkən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması da təsadüfi olmayıb. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb.
Dövlətimizin başçısı bu məqamla bağlı deyib: "Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini "Bandunq prinsipləri" əsasında quracaq, ədaləti və beynəlxalq hüqu¬qun normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır".
Bu fikrin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istərdim. Belə ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı bir zamanda Azərbaycan bu nüfuzlu təsisatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranan təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi ideyasını reallaşdırıb. Bundan başqa, Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyac¬larını əhatə edən məlumat bazasının yaradıl-masına dəstək göstərib.
Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulma¬ma Hərəkatına üzv dövlətlərin mövcud ehti¬yaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bütün bunlarla bərabər, Azərbaycan "peyvənd millətçiliyi" və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını vurğulayıb, eyni zamanda, bu cür məsələnin beynəlxalq diqqəti çəkməsi məqsədilə respublikamız BMT-nin İnsan Hüquq¬ları Şurasında Qoşulmama Hərəkatı adından bütün dövlətlərin peyvəndlərə bərabər və uni¬versal çıxışının reallaşmasına dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib.
Natəvan Əsədova, riyaziyyat üzrə fəlsəfə doktoru

Siyasi       Tarix: 04 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri iqtisadiyyat xeberleri bugun futbol xeberleri cəbhədən son xeber