Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
KONKRET.az xəbər verir ki, Bakıda keçirilən mövsümün səkkizinci mərhələsində "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci yeri tutub.
Ötən il Bakıdakı yarışda qəza törədən niderlandlı pilot bu dəfə finişə birinci çatıb. O, keçən ilki Azərbaycan Qran-prisinin qalibi olan komanda yoldaşı Serxio Peresi qabaqlayıb.
"Ferrari"nin pilotları Karlos Sayns və Şarl Leklerin yarışı erkən dayandırmasından yararlanan Corc Rassell ("Mercedes") üçüncü olub.
Finişə 20 pilotdan 15-i çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 4 ildə isə müvafiq olaraq, Daniel Rikkardo ("Red Bull"), Luis Hamilton ("Mercedes"), Valtteri Bottas ("Mercedes") və Serxio Peres ("Red Bull") qalib adına yiyələnib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi