Azərbaycan şahmat yığması Ermənistana QALİB GƏLDİ - 27 ildən sonra İLK

Azərbaycan şahmat yığması Ermənistana QALİB GƏLDİ - 27 ildən sonra İLKAzərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.
Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub.
Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.
Azərbaycan şahmat yığması Ermənistana QALİB GƏLDİ - 27 ildən sonra İLKAvropa çempionatı, IX tur
Kişilər
Sloveniya - Azərbaycan - 1:3
Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5
Matey Sebenik - Rauf Məmmədov - 0:1
Yure Skoberne - Qədir Hüseynov - 0:1
Yan Sudel - Eltac Səfərli - 0,5:0,5
Azərbaycan - Ermənistan - 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0
Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5
Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5
Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb. (report)

İdman       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri en son xeberler xəbərlər.com cebheden xeberler