Azərbaycan Texnologiya Universitetində "Kapital Bank otağı" istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində "Kapital Bank otağı"nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən bankın İstedadların idarə edilməsi departamentinin direktor müavini Azadə Hacıyeva bildirib ki, "Biz Bakı şəhərində artıq bir neçə universitetdə dərs otaqlarının açılışını etmişik. Bu gün isə regionda ilk olaraq Gəncədə Azərbaycan Texnologiya Universitetində müasir texnoloji tələblərə uyğun olan "Kapital Bank otağı" tələbələrin istifadəsinə verilir. Biz düşünürük ki, innovativ, rəqəmsallaşan dünyada tələbələr peşəkar mütəxəssis olmaq üçün ən müasir yeniliklərlə dərsə cəlb olunmalı, öyrənməlidirlər. Bu otağın yaradılmasında da məqsəd tələbələrə səmərəli və faydalı öyrənmə şəraiti yartamaqdır".
Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, "Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik".
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov isə bu təşəbbüs və dəstək üçün Kapital Bank rəhbərliyinə təşəkkürünü bildirib. "Yaşadığımız IV sənaye inqilabı dövründə təminatlı, müasir həllər təqdim edən hərtərəfli təhsil həm də əmək bazarı üçün peşəkar kadr hazırlığı deməkdir. "Kapital Bank otağı" bu istiqamətdə bizə geniş imkanlar yaradacaq".
Daha sonra tədbir iştirakçıları 28 nəfərlik innovativ tədris otağı ilə tanış olublar. Ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilən otaq tələbələr tərəfindən də maraqla qarşılanıb. Eyni zamanda ali məktəb və bank arasında gələcək layihələr müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / azxeber.com

İqtisadiyyat       Tarix: 26 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntüleri son xeberler bugun 2026 azerbaycan xəbər beynelxalq bank mezenne