Azərbaycan üçün UEFA reytinqində böyük qazanc
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
KONKRET.az-ın məlumatına görə, Ağdam təmsilçisinin Höteborqda İsveçin "Hakken" klubuna 1:0 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.
Bununla ölkənin cari mövsümdəki əmsalı 3,625-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17,875-dir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.
Baş tutan qarşılaşmalar Çexiya, Ukrayna, Kipr, Slovakiya, Kosovo, Finlandiya və Farer adalarının irəliləməsinə, Norveç, İsrail, İsveç, Rumıniya, Bolqarıstan, İrlandiya, Qazaxıstan, Ermənistan, Latviya, Bosniya və Herseqovinanın geriləməsinə səbəb olub.
Reytinqə 91,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədə qərarlaşıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi