Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər

Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblərAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə cari təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.
Ötən ilin noyabr ayında iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılıqların icrası məsələləri nəzərdən keçirilib, bu il Bakıda keçiriləcək ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanla BƏƏ arasında münasibətlərdə müsbət dinamika təqdir olunub, bu çərçivədə digər səylərlə yanaşı, iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 05 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Putin-Əliyev görüşü... - "Baş tuta bilər"

"2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq məcrasında inkişaf edirdi. Onun fikrincə, həmin dövrdə siyasi dialoq

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı cari ilin ötə

SON DƏQİQƏ! Türkiyə Azərbaycanla bağlı bu addımı da atdı

HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Türkiyə mətbuatına istinadla bildirir ki, Azərbaycan Hərb

İran çox ağır zərbə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranın artıq əvvəlki gücündə olmadığını və ölkənin ağır zərbə aldığını bildirib. xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb. "İran artıq əvvəlk

"Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub"- Deputat

"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni, daha dərin mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi". Bu fikirləri Milli Məclisi

"Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz"- Deputat

Xəbər verdiyimiz kimi, türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı v

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsu

İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq

İran silahlı qüvvələrini və hərbi texnikasını İraq və Küveytlə həmsərhəd bölgələrə aktiv şəkildə köçürməyə başlayıb. Bu barədə məlumatı proyranlı sosial media kanalları və teleqram səhifələri yayıb. xəbər verir ki, yayıla

İran Hörmüz boğazı ilə bağlı razılaşmanı açıqladı

İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazından gəmiçiliklə bağlı birgə bəyanatın hazırlıq işlərinin yekun mərhələsində olduğunu bildirib. xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai iki ölkə arasınd


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun son xeber 2026 kriminal