Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB

Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏBZaqatalada gübrə satışı ilə məşğul olan iri şirkətlərdən birinin anbardarı külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.
KONKRET.az xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İttihama əsasən, o, müxtəlif şəxslərə yalan vədlər verməklə ümumilikdə 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə şübhəli bilinir.
Zərərçəkənlər arasında "Muxax Aqro" MMC-nin direktoru Vidadi Yusubov da var. İddialara görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, əldə etdiyi vəsaiti isə şəxsi məqsədləri üçün xərcləyib.
Cinayət işi üzrə "Sara Group" QSC də zərərçəkmiş qismində tanınıb.
Araşdırma zamanı Əmrah Ramazan Valeh oğluna xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cinayətin ağırlığı nəzərə alınaraq onun barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həbs olunan şəxs barəsində üç il əvvəl də şikayətlərin olduğu bildirilir. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. (Yeniera.az)

Hadisə       Tarix: 01 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler