Azərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTO

Azərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTO
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə ATB, "Azərbaycan Hava Yolları" QSC və "China Tourism Group" (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat yayıb.
Memoranduma əsasən, Çin mərkəzi hökumətinin "China Tourism Group" (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sənədində müştərək məzmunların yaradılması, brendin təşviq edilməsi, media təbliğatı və data əsaslı təhlil və tədqiqat sahələri üzrə strateji tərəfdaşlığın həyata keçiriləcəyi diqqətə çatdırılır.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edərək imzalanmış memorandumların Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib və bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.
Üçtərəfli memorandumun imzalanma mərasimində "Azərbaycan Hava Yolları" QSC İcraçı direktorunun birinci müavini Nazim Səmədov qeyd edib ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Həmçinin bildirilib ki, AZAL müasir təyyarə parkına malik, dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biri olaraq marşrut şəbəkəsini daim genişləndirməkdədir.
Bundan əlavə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" QSC və 9 yerli turizm sənayesi nümayəndəsi Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində ölkə stendi ilə təmsil olunub.
Beynəlxalq turizm sərgisi çərçivəsində Çinin media platformaları, getmə turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər keçirilib, Azərbaycanın turizm məhsulları barədə məlumat verilib.
Xatırladaq ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan "China Ready" proqramının təqdimatı baş tutub.
Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Azərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTOAzərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb - FOTO/ oxu.az

Turizm       Tarix: 16 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler 2026 meherremlik 2026 sonxəbərlər