AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib
AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib
Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.
Müsahibə barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("AZAL" QSC) bir ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.
Müsahibəni "AZAL" QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və beş üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bir nümayəndəsi daxil edilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən "AZAL" QSC-nin rəhbərinə təqdim edilir.
İndiyə qədər namizədin işə qəbul edilməsi barədə yekun qərarı "AZAL" QSC-nin rəhbəri qəbul edib və üç ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayıb. Dəyişikliyə əsasən, üç ay sınaq müddəti ləğv edilib. Beləliklə, namizədin işə qəbul edilməsi barədə yekun qərarı "AZAL" QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var