Azərbaycan və İran XİN başçıları bu məsələləri müzakirə etdi

Azərbaycan və İran XİN başçıları bu məsələləri müzakirə etdiAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, eləcə də post-münaqişə dövründə bölgədə vəziyyət üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib, ümumilikdə son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Xüsusilə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
Telefon danışığı zamanı, iqtisadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın post-münaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb. Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb.
İslam həmrəyliyi məsələsinə toxunan nazir Ceyhun Bayramov həmçinin son zamanlar bəzi Skandinaviya ölkələrində Quran-i Kərimə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini, bu kimi İslam dinini hədəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib.

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar