Azərbaycan və İsrail XİN başçılarının geniştərkibli görüşü keçirilib

Azərbaycan və İsrail XİN başçılarının geniştərkibli görüşü keçirilibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
Nazirlər çoxşaxəli əməkdaşlıq gündəliyində duran siyasi, iqtisadi, o cümlədən energetika, təhsil və tədqiqat, yüksək texnologiyalar, rəqəmsallaşma, turizm, humanitar və bir çox başqa sahələr daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb. Bu gün Bakıda keçirilən Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələnməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcudluğundan söz açan nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfərlərin, o cümlədən təmasların əhəmiyyətindən bəhs edib. Bu xüsusda, keçirilən görüşlərin və aparılan müzakirələrin tərəfdaşlığımızın daha da dərinləşdirilməsi, habelə ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi baxımından mühüm olduğu diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində nazirlər tərəfindən "Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı" imzalanıb.

Siyasi       Tarix: 20 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com