Azərbaycan və Moldova XİN başçıları görüşdülər - VİDEO + YENİLƏNİB-2

Azərbaycan və Moldova XİN başçıları görüşdülər - VİDEO + YENİLƏNİB-2Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku arasında görüş baş tutub.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan Moldova ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib və bir çox sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Moldovalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prossesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı məlumat verib.
Nazir Niku Popesku ikitərəfli münasibətlərinin inkişafından məmnunluqla danışıb. O, iki ölkə arasında siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və Moldanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Hazırki səfərin mövcud olan əlaqələrin inkişafına və dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər Azərbaycanın azad edilmiş ərazilərində infrastrukrun yenidən qurulması layihələri, bu xüsusda, ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin əhəmiyyəti və bu prosesə Moldova ekspertlərinin cəlb edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Tərəflər iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə iqtisadi münasibətlərə xüsusi diqqətin ayrılmasının önəmli olduğu qeyd edilib və bu xüsusda, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə iki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və "Şərq Tərəfdaşlığı" təşəbbüsü) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.
***
12:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla moldovalı həmkarı Niku Popesku arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat yayılıb.
***
11:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Niku Popesku arasında görüş başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu XİN-in binası önündə qarşılayıb.
Azərbaycan və Moldova XİN başçıları görüşdülər - VİDEO + YENİLƏNİB-2

Siyasi       Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeber az xeberler bugun 2026 apa.az xeberler