Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Azərmaş" MMC və Rusiyanın "Sollers" şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Məlumata görə, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən "Rusiya-İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə "Azərmaş"ın müəssisələrində "Sollers" markalı yüngül kommersiya avtomobillərinin istehsalını nəzərdə tutur.
Memorandumu "Azərmaş"ın sədri Emin Axundov və "Sollers"in baş direktoru Nikolay Sobolev imzalayıblar.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi