Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDI

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDIAzərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur. 
XİN-dən KONKRET.az-a verilən məlumata görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudun görüşündə bildirilib.
Qeyd olunub ki, oktyabrın 4-də Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə C.Bayramov, XİN-in rəhbər heyəti, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, habelə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 30 il ərzində iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib.
Cari səfərin münasibətlərin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Səudiyyə Ərəbistanının hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi bildirilib. Hazırda post-münaqişə dövründə Azərbaycanın bölgədə sülh quruculuğunun tərəfdarı və təşəbbüskarı qismində çıxış etdiyi, həmçinin əksər məsələlərdə birtərəfli şəkildə sülh gündəliyini irəli apardığı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir Feysal bin Fərhan Al Səud hazırda Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra birgə layihələrin uğurla icra olunmasından məmnunluqla bəhs edib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Siyasi       Tarix: 04 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxabar az xeber maşın realiti şou