Azərbaycan vətəndaşları Ermənistandan keçib Naxçıvana gedəcəklər
"Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək. Ermənistan yaxşı başa düşür ki, gələcək iqtisadi artıma nəqliyyat blokadası mane olur. Bu gün biz onun götürülməsinə bir addım qalmışıq".
KONKRET.az xəbər verir ki, bunu "Rossiyskaya qazeta"ya müsahibəsində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Rusiya investisiyalarının Ermənistana axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir".
Baş nazirin müavini qeyd edir ki, nəqliyyat əlaqələrinin açılması hər iki tərəfə üstünlüklər verir:
"Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var