Azərbaycan XİN: Ermənistanın BMT-yə istinadən açıqlaması riyakarlığın növbəti nümunəsidir

Azərbaycan XİN: Ermənistanın BMT-yə istinadən açıqlaması riyakarlığın növbəti nümunəsidirErmənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyanın BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, silahlı qüvvələrimiz tərəfindən törədildiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlaması onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir.
Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.
"Təəssüf ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur.
Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir.
Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır. Ötən ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısı alınan zaman hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalar başlandığını bəyan edib, bu barədə BMT-nin mandat daşıyıcıları da daxil olmaqla aidiyyəti üzrə məlumatlar təqdim edib. Bu çərçivədə işlər hal-hazırda davam etməkdədir.
30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib.
Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub.
Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq.
Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq". / azxeber.com

Siyasi       Tarix: 12 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun bu gune olan xeberler son xəbərlər azərbaycanda xeberler bugun 2026